Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:22

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iki hərbçisi ölüb


Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin iki hərbçisi yol qəzasında ölüb. Hadisə ötən gecə Bakının Səbail rayonu ərazisində qeydə alınıb.

Hərbi Dəniz Qüvvələrinin zabiti, 1989-cu il təvəllüdlü Kamil Hüseynov idarə etdiyi “Opel” markalı avtomobili yol kənarındakı dirəyə çırpıb. Nəticədə sürücü və onun yanında olan digər hərbçi, 1983-cü il təvəllüdlü Fuad Almazov aldıqları xəsarətdən hadisə yerində keçiniblər.

Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG