Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:38

ABŞ və Cənubi Koreya hərbi təlimlər keçirəcək


ABŞ və Cənubi Koreya yaxın günlərdə birgə hərbi təlimlər keçirmək niyyətindədirlər.

Bu barədə iki ölkə prezidenti Barak Obama və Li Myon Bak telefon danışığı zamanı razılaşıblar.

Noyabrın 23-də Şimali Koreya Cənubi Koreyanın adalarından birini artilleriya atəşinə tutub. Obama bildirib ki, hazırkı vəziyyətdə Vaşinqton Seulun "arxasındadır".

ABŞ prezidenti müttəfiqlik öhdəliyini xatırladaraq beynəlxalq ictimaiyyətin Şimali Koreyanın ciddi təhlükə daşıdığını tanımalı olduğunu deyib.

Noyabrın 23-də Seul bildirib ki, atəş açılması nəticəsində 2 Cənub Koreyalı hərbçi ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG