Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Türkiyənin Sivas əyalətində içərisində azərbaycanlı zəvvarların olduğu avtobusun qəzaya uğraması nəticəsində 5 adam həlak olub, 28 nəfər isə yaralanıb. Bu barədə ANS-ə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə məlumat verib.

Şeyx artıq Almaniyadan Türkiyəyə yola düşür. Bu gün o, hadisə yerinə çatacaq və yaralıların müalicəsi ilə yaxından tanış olacaq. Bütün Qafqazın Şeyxi bildirib ki, ölənlərin cənazələri Azərbaycana gətiriləcək. Hacı Allahşükür Paşazadə ölənlərin ailələrinə başsağlığı verib.

Türkiyədəki qəzada ölən və yaralanan hacıların adları da artıq açıqlanıb. QMİ-dən verilən məlumata görə, qəza zamanı

1982-ci il təvəllüdlü Əhmədov Səməd Nadir oğlu,

1944-cü il təvvəlüdlü Alıcanova Hacıxanım Əliağa qızı,

1941-ci il təvəllüdlü Baxşəliyeva Solmaz Abuzər qızı,

1965-ci il təvəllüdlü Dadaşova Zemfira Qəmbər qızı

1938-ci il təvəllüdlü Kərimov Məhərrəm Balababa oğlu həlak olub.

Öz növbəsində CNNTürk kanalı qəza zamanı yaralananlardan 24 nəfərin adını və soyadını açıqlayıb:

Mirza Baba (57),
Səbihə Məmmədova (58),
Arzu İsmayılova (49),
Mətləb Sarıyev (37),
Elnarə Nəcəfzadə (38),
Müqəddəs Əsgərov (56),
Hadı İsgəndərov (43),
İnqilab Həsənov (74),
Şirin Qasımova (60),
Kifayət Əhmədova (53),
Toğrul Qədirov (27),
Həbib Axundov (19),
İsmət Kərimov (31),
Nazilə İsrafilova (51),
Kamil Axundov (44),
İbiş Əliyev (55),
İlqar Muradov (30),
Kəmalə Muradova (32),
Emin Ağayev (31),
Mehdi Xudaverdi (31),
Məhəmməd Məzətli (48),
Yaqub Nuğrazadə (55),
Xeyransa İsmayılova (51)
sürücü Asif Babayev (45).

Ümumilikdə avtobusda 30 sərnişin, sürücü və onun iki köməkçisi olub.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG