Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:14

«Heç bir düşünən beyin Türkiyənin avropalı olduğu haqda müzakirə açmaz»


Əhməd Davudoğlu
Əhməd Davudoğlu
Avropa Şurasının mətbuat xidməti Avropa Şurası Nazirlər Komitəsinin indiki sədri, Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlunun müsahibəsini yayıb. Müsahibəni Aslı Yavaşça götürüb. Müsahibəni ixtisarla dərc edirik:

- Avropa Şurası demokratik dəyərlərə söykənən, hüququn aliliyi, insan haqları kimi dəyərlərin formalaşmasında böyük rol oynayıb. Türkiyə də 61 ildir bu qurumda təmsil olunur. Avropa Şurasının yarandığı gündən bu günə qədər olan fəaliyyətini nəzərdən keçirsək, necə bir mənzərə ilə qarşılaşarıq?

SOYUQ MÜHARİBƏDƏN SONRA QURUMDA DƏYİŞİKLİKLƏR EDİLDİ

- Avropa Şurası Avropanı XX əsrdən XXI əsrə gətirib. İkinci Dünya müharibəsinin də bir çox acı təcrübələri oldu. Avtoritar rejimlərin, hüquq tanımayan quruluşların başladığı müharibələr avropalılara çox önəmli dərslər verdi. Avropa Şurası bir az da bu zəmin üzərində yarandı. Soyuq müharibə dönəmindən sonra Avropa Şurasına qoşulmaq istəyən ölkələrin sayı artdı. Eyni zamanda Soyuq müharibədən sonra qurumda dəyişikliklər edildi. Yeni şərtlərlə uyğunlaşma dönəmi başladı. Bu gün isə Avropa Şurası qloballaşma ilə birlikdə daha köklü meydanoxumalarla üz-üzədir. Bu baxımdan biz indiki başqan olaraq bu meydanoxumalara necə cavab veriləcəyi məsələsi ilə bağlı bir dönəmin başlamasını gərəkli sayırıq.

Daha sonra Davudoğlu başqanlığı dönəmində 5 hədəf müəyyən edildiyini bildirib:


- Birinci hədəfimiz Avropa Şurasında islahatların aparılmasıdır. Bütün beynəlxalq qurumlar canlı orqanizmlərdir. Onların dünyanın dəyişən şərtlərinə cavab verə bilməsi gərəkdir. Bunun üçün gərəkli işlər görülməli, hər zamankı iş axarından kənara çıxılmalıdır.

- İkincisi hədəf Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) islahatlarıdır. AİHM-in uzun zaman üçün keçərli olmasını təmin altına almağa səy göstərəcəyik.

- Üçüncüsü, nəzarət müxanizmlərinin daha dəqiq qurulması və millətlərin bu təməl dəyərlər ətrafında daha dəqiq işləməsini təmin etməkdir.

- Dördüncüsü, Avropa Birliyini çağırırııq ki, Avropa İnsan Haqları Bəyannaməsinə qoşulma prosesini sürətləndirsin. Bu məsələ ilə bağlı müzakirələr davam edir. Ümid edirik ki, bizin başqanlığımız dönəmində müzakirələrin tamamlanması mərhələsi başlanacaq.

BİR PROBLEM VAR – MƏDƏNİYYƏTLƏRİN ÇOXLUĞU

Avropa Şurası qurulduğu mərhələdə bu qədər kəskin hiss edilməyən, ancaq sonradan davamlı olaraq artan və qurumun ciddi şəkildə üz-üzə qaldığı bir problem var – mədəniyyətlərin çoxluğu. Artıq mədəniyyətlər qovuşub, eyni məkanda yan-yana yaşamaqdadırlar. Avropanın gələcəyi üçün fərqli dinlərin, fərqli millətlətin və mədəniyyətlərin bir arada yaşaması çox önəmlidir. Biz bu məsələləri başqan olmadığımız dönəmlərdə də irəli sürmüşük. İstəyirik ki, may ayında Avropa Şurası Nazirlər Komitəsinin İstanbul zirvəsi ilə bitəcək başqanlıq dönəmimiz qurumdakı islahatlarla bağlı önəmli dönüş nöqtəsi olsun.

- Avropada islamafobiya və əcnəbi düşmənçiliyi kimi anlayışlar gündən-günə dərinləşməkdədir. Avropanın seçilmiş elm xadimlərinin yaratdığı qrup “Birlikdə yaşamaq” formulunu aramaqdadır. Qrupun fəaliyyətindən nələr gözləyirsiniz?

- Doğru çözümlər üçün doğru qərarlar verilməlidir. Avropa cəmiyyəti problemlərin kökünü müəyyən etməli, bu problemlərdən işlək, gələcəyə hesablanan çıxış yolları tapmalıdır. Elm adamlarının təklif etdiyi çıxış yollarının gerçəkləşdirilməsi üçün də bəlli bir mexanizm yaradılmalıdır. Bu baxımdan alimlərin təklifləri nə qədər tətbiqə yararlı, bizim problemləri dəqiq müəyyən edib onlardan doğru çıxış yolları tapmamıza yardıçı olsa, o zaman önəmli bir mərhələni qət etmiş olacağıq.

- Avropa Şurasının həm Parlament Assambleyasına, həm də Nazirlər Komitəsinə türklər başçılıq edir. Qurumdakı bu “türk hegemonluğu” Türkiyə xarici siyasətinə necə təsir göstərib?

AVROPANIN GƏLƏCƏYİ ÜÇÜN ÇALIŞIRIQ

- İki türkün eyni qurumda başçı olması bizi qururlandırır. Cənab Çavuşoğlu köhnə dostlarımdandır. Təbii biz bu qurumda Avropanın gələcəyi üçün çalışırıq. Bir tərəfdən də iki türkün buradakı varlığı yetərli mesajı da verməkdədir. Mesaj da budur ki, Türkiyə Avropadır. Avropanın ən köklü qurumu da Türkiyənin təsiriylə zənginləşir. Türkiyə kimi köklü demokratiya ənənəsi olan, çox mədəniyyətliliyi bütün tarix boyu yaşadan bir ölkəni təmsil edənlərin bu vəzifələri daşıması bir sıra problemin doğru anlaşılmasına və doğru qərarlar verilməsinə töhfə verəcək.

- Bunu Avropa Birliyinə işarət olaraq deyə bilərikmi? Avropa Birliyinin təməlləri Avropa Şurasında qoyulub. Türkiyə də 61 ildir bu qurumda fəaliyyət göstərir. Avropa Birliyinin təməllərinin yaranmasında Türkiyə də iştirak edib. İndi isə Avropa Birliyinə üzv olmağa çalışırıq. Bir tərəfdən də Türkiyənin avropalı olub-olmadığı müzakirə edilməkdədir. Bununla bağlı sizin fikirləriniz maraqlıdır.

- Əslində, buradakı mənzərə Türkiyənin nə qədər avropalı olduğunu göstərir. Avropa Şurası demokratiya, insan haqları, hüququn aliliyi anlayışlarını köklü şəkildə yürütməmiş olsaydı, Avropa Birliyindəki irəliləmələr bu qədər asan olmayacaqdı. Ancaq biz iki ayrı qurumdan danışırıq. Biz Avropa Şurasının indiki başqanı olaraq Avropa Birliyinin daha yüksək səviyyəyə çatması üçün əlimizdən gələni edəcəyik. Avropa Birliyi üzvlüyünə namizəd ölkə olaraq da, müzakirə aparan ölkə olaraq da gərək olan bütün işləri yerinə yetirəcəyik. Ancaq bu mənzərə ortadaykən hər halda heç bir düşünən beyin Türkiyənin avropalı olduğu haqda müzakirə açmaz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG