Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

Az qala Koreya müharibəsi təzədən başlamışdı


Cənubi Koreya rəsmiləri noyabrın 23-də səhər saatlarında Şimali Koreyadan artilleriya atəşlərinə məruz qaldığını bildirir. Rəsmilər iki əsgərinin həlak olduğunu, əsgərlər və mülki sakinlər arasında 13 nəfərin də yaralandığını bildirir. Cənub Koreya da cavab atəşi açdığını bildirib. Amma bir qədər sonra atəş dayanıb.

Bildirilir ki, iki ölkə arasında dəniz sərhədi yaxınlığındakı adanın sakinləri evakuasiya ediliblər.

Paytaxt Seulda prezidentin iştirakı ilə təcili müşavirə keçirilib.

Cənub bugünkü hadisəni əvvəlcədən planlaşdırlmış hücum və 1950-1953-cü illərin Koreya müharibəsinin sonunda əldə edilən atəşkəs müqaviləsinin pozulması kimi qiymətləndirirb. Bu, müharibədən bu yana iki tərəf arasında ən qızğın atışma hesab edilir. Şimal isə birinci atəşi Cənubun açdığını bildirir. Amma dövlət telekanalının yaydığı məlumatda atışmada Şimal tərəfdən zərərçəkənlər haqqında məlumat verilmir.

ABŞ hadisədə Şimali Koreyanı kəskin ittiham edib, həm də yada salıb ki, Cənubi Koreyanın müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Çin və Rusiya isə tərəfləri münaqişənin gərginləşməsinə imkan verməməyə çağırıb. Pekin həmçinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqların bərpa edilməsinə səsləyib.

BMT-nin baş katibi Ban Ki-mun da hücumu pisləyib və bunu Koreya müharibəsindən bəri regionda ciddi pozuntu adlandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG