Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:45

İran 100-dən çox tacik tələbəni ölkədən çıxarıb


İranda dini təhsil alan 100-dən çox tacik ölkəsinə qaytarılıb. Tacikistanın Xarici İşlər Nazirliyinin sözçüsü Davlat Nazariyev bildirib ki, tələbələrin çoxu qanunsuz olaraq təhsil alırmış və Tacikistanın bu prosesi tənzimləmək hüququ var.

Son iki ayda Tacikistanda qadağan olunmuş İslamçı qrupun üzvlərinin qarışıqlıq törətmək cəhdindən sonra Düşənbə bir sıra ölkələrə qanunsuz dini təhsil alan tələblər barədə məlumat verməyi və həmin tələbələri ölkəyə göndərməyi tələb edib.

Bu yaxınlarda Misir də Əl-Əzhar universitetində təhsil alan 100-dən artıq tələbini Tacikistana göndərib. Tacikistan rəsmiləri bildirir ki, Əl-Əzharda oxuyan 949 tacikin yalnız 38-i qanuni təhsil alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG