Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

Şimali Koreya Cənubi Koreyaya atəş açıb, ölən və yarananlar var


Şimali Koreyanın Cənubi Koreyanın adalarından birini atəşə tutması nəticəsində 1 Cənub Koreyalı hərbçi ölüb, 13-ü yaralanıb.

Cənub Koreya da cavab atəşi açdığını bildirib.

Bildirilir ki, iki ölkə arasında dəniz sərhədi yaxınlığındakı adanın sakinləri evakuasiya ediliblər. Hazırda atışma yoxdur.

Paytaxt Seulda prezidentin iştirakı ilə təcili müşavirə keçirilib.

Çin və Rusiya tərəfləri münaqişənin gərginləşməsinə imkan verməməyə çağırıb.
Pekin həmçinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqların bərpa edilməsinə səsləyib.

Bir neçə gün əvvəl Şimalda uranın zənginləşdirilməsi üçün iki min sentrifuqanın işlədiyi barədə məlumat verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG