Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:16

Kambocada basırıqda 340-dan çox adam ölüb


Kamboca paytaxtında su festivalı zamanı yaranan basırıqda 340-dan çox adam ölüb, təxminən bu qədər də xəsarət alan olub.

Şahidlərin sözlərinə görə, Pnompenlə yaxınlıqdakı adanı birləşdirən kiçik körpüdə bir neçə adamı elektrik cərəyanı vurub, bundan təlaşa düşən adamlar qaçmağa başlayıb, sıxlıq yaranıb.

Dövlət televiziyası bildirib ki, ölənlərin azı 240-ı qadındır. Baş nazir ölümlə nəticələnən hadisəni araşdırmağa dair göstəriş verib. Ehtimal olunur ki, körpüdə yaranan basırıqlığa səbəb körpünün uçduğu barədə kiminsə çığırması olub.
XS
SM
MD
LG