Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00

Ukraynada küçə tacirləri yeni vergi qanuna etiraz edirlər


Ukraynada 4000 nəfərə yaxın küçə taciri və başqa kiçik biznes sahibləri Kiyevdə etiraz aksiyalarını bərpa bərpa ediblər. Onlar prezident Yanukoviçdə yeni vergi qanununu imzalamamasını tələb edirlər. Bildirirlər ki, həmin qanun qüvvəyə minsə, onların bniznesi dağılacaq.

Prezident isə bugün Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, tacirlərin vəziyyətini başa düşür. Amma tədricən də olsa, ölkədə kölgə iqtisadiyyatı lığv edilməli, Ukrayna iqtisadiyyatı vergiyə cəlb edilən normal iqtisadiyyata çevrilməlidir.

Yeni qanun noyabrın 8-də parlamentdə qəbul edilib. Amma hələlik icra üçün prezident Yanukoviç imzasını gözləyir.

Həmin qanunda vergidən azad olan yüz minlərlə kiçik biznes sahibinin də vergiyə cəlb edilməsi nəzərdə tutulur. Hökumət bunun Beynəlxalq Valyuta Fondunun tələblərindən biri olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG