Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:41

Tariq Əziz əfv gözləyir


İraqın Səddam Hüseyn rejimi zamanı Xarici İşlər naziri olmuş və ölüm hökmünə məhkum edilmiş Tariq Əzizin vəkilləri onun əfv fərmanı gözlədiyini bildiriblər. Vəkillər bildirirlər ki, edam hökmündən şikayət əvəzinə əfv üçün prezidentə müraciət edə bilərlər.

Keçən ay Tariq Əzizin ölüm hökmünə məhkum edilməsindən bu yana Vatikan da daxil olmaqla Avropanın ölüm hökmü əleyhinə olan əksər təşkilatları onun barəsində qərarın dəyişdirilməsi üçün Bağdada müraciət ediblər.

Tariq Əziz Səddam Hüseyn hakimiyyətində təmsil olunan yeganə xristian idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG