Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

Son 400 ilin ilk məhkəməsi


Almaniyada son 400 ildə ilk dəfə dəniz quldurlarına qarşı məhkəmə başlayıb. Somalidən olan 10 kişi aprel ayında Almaniyanın yük gəmisini ələ keçirməyə cəhd ittihamı ilə məhkəməyə çıxarılıb. O zaman Almaniya gəmisini Hollandiyanın hərbi dəniz qüvvələri xilas etmişdilər.

Keçmişdə Hamburqda məhkəmə bu cinayətə görə piratların boynunun vurulması barədə qərar çıxarırıd. Amma 400 il sonra keçirilən bənzər məhkəmədə Somali quldurlarını 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Londonda yerləşən Beynəlxalq Dəniz Bürosunun məlumatına görə hazırda 23 gəmi və 500 nəfərə qədər dənizçi Somali quldurlarının nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG