Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:16

Bir milyard adam tibbi xidmətdən məhrumdur



Bu gün Dünya Səhiyyə Təşkilatı bildirib ki, təxminən bir milyard adam hər hansı tibbi xidmət almır və sağlamlığa pul xərcləmək nəticəsində 100 milyon adam kasıblığa sürüklənir.

Səhiyyənin sisteminin maliyyələşdirilməsində qlobal hesabatlarda Birləşmiş Millətlər Təşkilatı bildirir ki, varlı və ya kasıb olmaslından asılı olmayaraq, bütün ölkələr hərtərəfli yardım istiqamətində çox şey edə bilirlər.

Dünya səhiyyə Təşkilatının səhiyyənin maliyyələşdirilməsi departamentinin rəhbəri Devid Evans deyir ki, "çoxları üçün tibbi xidmətlər sadəcə mövcud deyil, bəziləri üçün bu, əlçatan deyil".

2010-cu il Dünya Sağlamlıq Hesabatında göstərilir ki, bəzi ölkələr fondların artırmaq və tibbi xidmətlərə əlçatımlılığa olan maneələrin aradan qaldırılması üçün addımlar atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG