Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:49

Misir müxalifətinə seçkiqabağı divan tutuldu


Misirdə seçkiqabağı kampaniya

Misirdə seçkiqabağı kampaniya

Misirdə əsas müxalifət qrupu olan «Müsəlman Qardaşlığı» deyir ki, onların 1000-dən çox üzvü seçkilər ərəfəsində saxlanıb. Həbs edilənlər arasında gələn həftə keçiriləcək parlament seçkilərinə səkkiz namizəd də var.

Bu günlərdə Misirin bir neçə şəhərində qadağan edilmiş bu qrupun tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
«Amnesty International» Misir hakimiyyətini müxalifətçilərə seçki ərəfəsində təzyiq göstərməkdə günahlandırır.

Hökumət deyir ki, qrup dini şüarlardan istifadə etməklə qanunu pozur.

Qrup qadağan edildiyindən parlamentə namizəd irəli sürə bilməz. Amma «Müsəlman qardaşlığı» üzvləri müstəqil namizədlər kimi parlamentə seçiliblər. Onlar beş yerdən birinə sahibdirlər.

BBC-nin Qahirədəki əməkdaşı Jon Leyne bildirir ki, təhlükəsizlik qüvvələri «Müsəlman Qardaşlığı»na dəstəyini ifadə edən izdihamın yığıncağına mane olub.

Misirin şimal şəhəri olan İsgəndəriyyənin polis rəisi deyir ki, 50 maşınlıq polis işçisi qardaşlığın 2 minə yaxın tərəfdarının yığıncağının qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

«Müsəlman qardaşlığı» hökuməti seçki saxtakarlığına hazırlaşmaqda ittiham edib.
Namizədlərdən biri Camal Şehata deyir ki, hökumət onların tərəfdarlarını qorxutmağa çalışır.

«Mən görürəm ki, rejim bizim tərəfdarlarımıza hədə-qorxu gəlməyə, onları terrorla qorxutmağa cəhd edir. Bütün dünyaya aydındır ki, hakimiyyət onların sistemlərinə nifrəti açıq ifadə edən «Müsəlman qardaşlığı»nın və müstəqil namizədlərə mane olmağa çalışır».

İnsan haqlarını müdafiə qrupu olan Amnesty International Misir hakimiyyətini çağırıb ki, 2005-ci il parlament seçkisində olduğu kimi bir çox məntəqələrdə seçicilərin səsverməsinə mane olmasın.

29 ildir Misirə 82 yaşlı prezident Hüsnü Mübarək rəhbərlik edir. Altıncı dəfə prezident seçilib-seçilməyəcəyini hələ bəyan etməyib. Parlamentdə isə onun hakim
Milli Demokratik Partiyası çoxluq təşkil edir.

Digər müxalifət qrupları gələn həftəki seçkini boykot etməyə çağırır. Sorğulara görə, "Müsəlman Qardaşlığı"nın namizədləri üçüncü yerdə gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG