Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:19

MSK yekun protokolları imzalayır


Parlament seçkisində səslərin sayılması
Parlament seçkisində səslərin sayılması
Bu gün Mərkəzi Seçki Komissiyasının 7 noyabr parlament seçkiləri ilə bağlı keçirilən iclasında yekun protokolların imzalanması gözlənir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən MSK-nın mətbuat xidmətinin katibi Azər Sarıyevin sözlərinə görə, protokollar imzalandıqdan sonra Konstitusiya Məhkəməsinə göndəriləcək.

MSK noyabrın 21-də keçirdiyi iclasında müxtəlif dairələr üzrə 28 seçki məntəqənin nəticələrini seçici iradəsini əks etdirmədiyi üçün ləğv edib.

Ancaq ayrı-ayrı DSK-lar üzrə seçki məntəqələrində nəticələrin ləğv olunması bütövlükdə DSK-lardan heç birində nəticələrin ləğv olunmasına səbəb olmayıb.

Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkilərində seçicilərin 50,14 faizi (2 milyon 500 minə yaxın seçici) iştirak edib. Seçkilərdə majoritar sistem üzrə 125 seçki dairəsində 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb.

Əsas müxalifət partiyaları seçkinin nəticələrini tanımadıqlarını elan edib, təkrar seçki tələb ediblər.

Beynəlxalq Müşahidə Missiyası seçkinin demokratik inkişafa əhəmiyyətli töhfə vermədiyini deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG