Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:11
Roma Papası 16-cı Benedikt bildirib ki, cinsi əlaqədə bəzi hallarda qoruyucu vasitələrdən istifadə etmək olar.

O alman jurnalistə verdiyi müsahibədə deyib ki, cinsi yolla keçən xəstəliklərin, məsələn AİDS-in yayılmasının qarşısını almaq üçün fahişələr qoruyucu vasitələrdən istifadə edə bilər.

(Jurnalistin yazdığı kitaba daxil edilmiş müsahibədən müəyyən parçalar mətbuata açıqlanıb).

PAPANIN BU SÖZLƏRİ BİR ÇOXLARI ÜÇÜN GÖZLƏNİLMƏZ OLUB

Çünki indiyəcən Vatikan qəti şəkildə qoruyucu vasitələrdən istifadənin əleyhinə çıxırdı, bunun xristian əxlaqı ilə uyğun gəlmədiyini deyirdi.

Keçən ilin yazında Afrikaya səfəri zamanı Papa birdəfəlik qoruyucu vasitələrin qəti əleyhdarı kimi çıxış etmişdi.

O zaman AİDS-lə mübarizə aparan təşkilatlar 16-cı Benediktin bu mövqeyini sərt tənqid etmişdi.

Onlar deyirdilər ki, Papa kimi nüfuzlu şəxsin AİDS-in ən çox yayıldığı Afrikada belə sözlər işlətməsi əksinə xəstəliyin daha da yayılmasına şərait yarada bilər.

Katolik keşişlər isə Papanın son müsahibəsində dediklərinin yanlış yozulmaması üçün məsələyə dəqiqlik gətirməyə çalışıblar.

Keşiş Corcio Marchi deyib: “Məncə

BU, PAPANIN ƏVVƏLKİ MÖVQEYİNDƏN ELƏ DƏ FƏRQLƏNMİR

Ümumulikdə Vatikan prezervativlərin istifadəsinə icazə vermir.

Afrikada valideynləri HİV-ə yoluxan uşaqlar üçün sığınacaq.
Papa yalnız xüsusi hallarda xəstəliklərin qarşısının alınması üçün qoruyucu vasitələrdən istifadəyə icazə verib”.

Axır illərdə hüquq müdafiəçiləri davamlı şəkildə Vatikanı yeni dövrün tələblərinə etinasız yanaşmaqda ittiham edirlər.

Keşişlərin uşaqbazlığı ilə bağlı qalmaqal buna misal ola bilər.

Kilsə uzun müddət bu problemin kütləvi olmadığını deyirdi.

Amma zorakılıq qurbanlarının ittihamları artdığı və beynəlxalq mətbuat bununla bağlı yeni faktlar üzə çıxardığı üçün bir neçə ay qabaq Papa problemin ciddiliyini etiraf etməli olmuş, Vatikan qurbanlardan üzr istəmişdi.

Katolik kilsəsi abortların da qəti əleydarı kimi tanınır.

Papanın prezervativlərin istifadəsinə icazə verməsi ilə bağlı fikirləri Qərb ölkələrindəki müşahidəçilər tərəfindən müsbət qarşılanıb.

Onların bəziləri ümid edirlər ki, kilsə tezliklə abortun da vacibliyini anlayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG