Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:17

Papa prezervativdən "xüsusi hallarda" istifadəyə icazə verdi


Roma papası 16-cı Benedikt bildirib ki, cinsi əlaqədə bəzi hallarda qoruyucu vasitələrdən istifadə etmək olar.

O alman mətbuatına verdiyi müsahibədə deyib ki, cinsi yolla keçən xəstəliklərin qarşısını almaq üçün fahişələr qoruyucu vasitələrdən istifadə edə bilər. (Müsahibənin hələ ki anonsu yayılıb)

Papanın bu sözləri bir çoxları üçün gözlənilməz olub.

Çünki indiyəcən Vatikan qəti şəkildə qoruyucu vasitələrdən istifadənin əleyhinə çıxırdı, bunun xristian əxlaqı ilə uyğun gəlmədiyini deyirdi.

Katolik keşişlər isə dərhal Papanın dediklərinin yanlış yerə yozulmaması üçün məsələyə dəqiqlik gətirməyə çalışıblar.

Keşiş Corcio Marchi deyib.

“Məncə bu, Papanın əvvəlki mövqeyindən elə də fərqlənmir. Ümumulikdə Vatikan prezervativlərin istifadəsinə icazə vermir. Papa yalnız xüsusi hallarda xəstəliklərin qarşısının alınması üçün qoruyucu vasitələrdən istifadəyə icazə verib”.

Başqa bir keşiş Tereza di Marko isə deyib.

“Kilsə yeniliyə açıq olmalıdır, zaman dəyişir, qoruyucu vasitələr də qəbul edilməlidir. Bu məsələdə mütləq bir dəyişiklik olmalıdır”.
XS
SM
MD
LG