Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:01

Prezident ona qarşı sui-qəsd hazırlandığını deyir


Venesuela prezidenti Uqo Çavez bəzi siyasi rəqiblərini onu qətlə yetirmək planı hazırlamaqda ittiham edib.

Prezident – iddia etdiyi sui-qəsd planıyla bağlı çox təfərrüata varmayıb, yalnız onu deyib ki, hazırda Venesuelada fəaliyyət göstərən müxalifyönlü “Globo vision” televiziyasının rəhbəri Gilyermo Zulo-aqa da sui-qəsdçilər arasındadır.

“Onlar bir nəfərə məni öldürməyi sifariş vermək üçün pul yığırlar. Mən etibarlı mənbədən məlumat almışam ki, onlar artıq bunun üçün 100 min dollar yığıblar. Zulo-aqa da həmin planı hazırlayanlar arasındadır”.

Zuloaqa bu il - fırıldaqçılıqda ittiham ediləndən sonra Amerikaya qaçıb.

O, Çavezin - siyasi repressiyalarından can qurtarmaq üçün ölkəni tərk etməyə məcbur olduğunu deyir.
XS
SM
MD
LG