Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 23:34

Taliban NATO-nun planını "uğursuz" adlandırıb


Taliban NATO-nun öz qoşunlarını gələn ildən etibarən Əfqanıstandan çıxarmaq planını “uğursuzluğun göstəricisi” adlandırıb.

NATO şənbə günü öz Lissabon sammitində qərara gəlib ki, döyüş birləşmələrini 2011-ci ildən Əfqanıstandan çıxarsın və 2014-cü ildə ölkə ərazisinə nəzarəti əfqan qüvvələrinə tapşırsın.

Əfqanıstanda NATO-ya qarşı döyüşən Taliban bildirib ki, qoşunların çıxarılması Amerika və onun müttəfiqlərinin 9 il ərzində Əfqanıstanda yürütdükləri strategiyanın iflasa uğradığını göstərir.

Amerika prezidenti Obama isə əksinə hesab edir ki, onlar işlək yerli idarəçilik orqanları yaradıblar və Əfqan ordusu 2014-cü ildə ölkə ərzasinə özü nəzarət edə biləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG