Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:48

Çin dünyadakı internet trafikinin 15 faizini oğurlayıb


CİN KİBERSİLAHI SINAQDAN KEÇİRİR?

Çin bu il icazəsiz şəbəkədən istifadə edərək 18 dəqiqə müddətində dünyanın internet trafikinin 15 faizini əldə edib. ABŞ Konqresinə göndərilən hesabatda bildirilir ki, bura Birləşmiş Ştatlar hökumətinin yüksək ranqlı rəhbərləri ilə hərbi şəxslər arasında olan elektron poçt mübadiləsi də daxildir.

Məlumatda deyilir ki, Çin dövlətinə mənsub olan telekommunikasiya firması aprelin 8-də çox qısa vaxt içində öz şəxsi serverləri vasitəsilə bütün internet trafikinin təxminən 15 faizinin marşrutunu dəyişdirib.

Bu insident ehtimal edilən bir qorxunu artırır - Çin elektron məktubların dəyişdirilmiş marşrutlarından xüsusilə yüksək həssaslığa malik olan informasiyaları toplayır. Ya da müharibə dövründə xarici serverlərin internet trafikini dağıda biləcək kibersilahı testdən keçirir.

Adı çəkilən trafiklərə ABŞ Senatı, Müdafiə Nazirliyi, NASA və Kommersiya Departamenti də daxil olmaqla bir çox başqa vebsaytlardan olan elektron məktublaşmalar daxildir.

“18 DƏQİQƏ ABŞ QƏRARGAH RƏİSLƏRİNİN MƏKTUBLARINI İZLƏSƏZ NEYLƏRDİZ”


Çinin texniki idarəçiləri iddia ediblər ki, marşrutların dəyişdirilməsi təsadüfdür, amma İqtisadi Təhlükəsizlik üzrə ABŞ-Çin Araşdırma Komissiyasının illik hesabatı hücumun qabaqcadan düşünülmüş olması qorxusunu daha da artırıb.

Hesabatda deyilir: “Həmin insidentlə bağlı sübutlar bunun qəsdən edildiyini, əgər belədirsə, sonluğun nə olduğunu aydın göstərmir”.

Hesabatda daha sonra bildirilir: “Ancaq kompyuter təhlükəsizliyi tədqiqatçıları qeyd edirlər ki, bu imkanlar ciddi pisniyyətli əməllərə imkan yaradır”.

Komissiyanın üzvü Larry Wortzel deyib: “Biz bilmirik ki, onlar bu məlumatları aldıqda neyləyiblər. Bunun necə baş verdiyini düşünəndə mən soruşuram, Müdafiə Nazirliyinin və Federal Hökumətin bütün kommunikasiya trafiki kimləri maraqlandıra bilər? Yəqin ki, bu Şanxay universitetinin aspirantının işi deyil.
Siz 18 dəqiqə ərzində ABŞ Qərargah Rəisləri Birliyinə gələn və oradan çıxan elektron məktub axınına nəzarət etsəniz neylərdiniz? Böyük ehtimalla siz bütün əlaqəyə girənlərin internet ünvanlarını alardınız”.

ÇİNİN UNİVERSAL ŞİFRƏAÇANI

Elektron məktub kimi həssas məlumatlar əvvəllər şifrələnirdi. Çin hökumətisə düzgün istiqamətlənməyən trafikin sındırılması üçün unversal şifrəaçanın nüsxəsini saxlayır.

Belə bir ehtimal da var ki, marşrutun dəyişdirilməsi kibersilahın testdən keçirilməsi üçündür. Bu kibersilah müharibə və ya qlobal böhran şəraitində xarici internet trafikinin bağlanması və ya dağıdılması üçün istifadə oluna bilər.

Komissiya rəhbərinin müavini Carolyn Bartholomew bildirir ki, yeni həmlənin Çin insan və təşkilatlarının Amerika şəbəkələrinə həmlələrinin “keçmişdə istifadə olunan üsullardan daha incə şəkildə aparılması”, Çin hökumətinin hücumların arxasında olması təhlükəsini artırır:

“Böyük miqyas, geniş kəşfiyyat və son nailiyyətləri özündə birləşdirən yüksək tədqiqat komponentləri, Çin istehsallı kompyuterlərin istifadəsi ehtimal etməyə əsas verir ki, bu hərəkətlərin müəyyən səviyyədə dövlət dəstəyi var”.

ÇİN BAŞ AKTYORDU

McAfee Çini xarici şəbəkələrə başlanan hücumların baş aktyoru kimi göstərib
Veb təhlükəsizliyi firması olan McAfee siyasi kiberhücumların artmasını xəbərdar edərək, Çini xarici şəbəkələrə başlanan hücumların baş aktyoru kimi göstərib.

McAfee son ilin hesabatında bildirir ki, ABŞ-dakı hədəflər Ağ Ev, ABŞ Xüsusi Xidməti, Milli Təhlükəsizlik Departamenti, Müdafiə Nazirliyidir.

Çinin Amerikanın kommersiya maraqlarına kiberhücum qabiliyyəti Google-un bu Asiya dövlətində fəaliyyətini bütünlüklə dayandıracağı təhlükəsindən sonra ön plana çıxdı. Google-dan bildiriblər ki, onlar ardıcıl mürəkkəb kiberhücum hədəfinə çevriliblər.

/Sayta hazırladı: Şahnaz Bəylərqızı/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG