Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:25

MSK 10 məntəqədə nəticələri etibarsız sayıb


Azərbaycan Mərkəzi Seçki Komissiyası noyabrın 7-də keçirilən parlament seçkiləri ilə bağlı iki dairədə ümumilikdə 10 məntəqədə nəticələrin etibarsız hesab edilməsi barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, noyabrın 20-də MSK-nın növbəti iclasında 107 saylı Qazax və 9 saylı Binəqədi ikinci seçki dairələrində deputatlığa namizəd olmuş şəxslərin seçkinin nəticəsinin ləğv olunması ilə bağlı şikayətlərinə baxılıb.

Qeyd olunan dairələr üzrə daxil olan müraciətlər qismən təmin olunub və hər bir dairənin beş məntəqəsində seçkilərin nəticələri etibarsız sayılıb.
XS
SM
MD
LG