Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:37

Lissabonda NATO-Rusiya danışıqları başlanıb


NATO ölkələrinin liderləri Rusiya prezidenti Dimitri Medvedevlə Avropada raket hücumlarından vahid müdafiə sistemi yaradılmasının müzakirəsinə başlayıblar.

NATO-nun Lissabonda keçirilən iki günlük sammiti bu gün sona yetir.

ABŞ prezidenti Barak Obama dünən bəyan edib ki, Rusiyaya bu layihəyə qoşulmaq təklif olunacaq.

Hələlik Rusiyanın bu layihədə nə kimi rol oynayacağı bəlli deyil.

Bu sistemin ona qarşı yönəldiyini deyən Rusiya bu plana qarşı çıxır.

NATO rəhbərliyi dünən 10 illik yeni strategiya qəbul edib.

Sənəd alyansa Avropadan kənarda da terrorizm və internet-hücumlarına qarşı əməliyyat keçirmək hüququ verir.
XS
SM
MD
LG