Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:31

Əl Qaidə Almaniya parlamentinə hücuma hazırlaşırmış


Əl Qaidə Almaniya parlamentinin Berlindəki iqamətgahına hücum etməyi planlaşdırıbmış.

Bu barədə Almaniyanın Şpigel jurnalı ölkənin xüsusi xidmətinə istinadla xəbər verir.

Məlumata görə hücumu Almaniya və islam ölkələrinin vətəndaşları olan 6 nəfərdən ibarət qrup həyata keçirməli imiş.

Söhbət insanların girov götürülməsindən gedir.

Almaniyanın daxili işlər naziri Tomas de Mezer ötən çərşənbə günü terror təhlükəsinə görə, ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan eləmişdi.
XS
SM
MD
LG