Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18
NATO-ya üzv ölkələrin liderləri Lissabon sammitində növbəti 10 ilə alyansın yeni strateji doktrinasını qəbul ediblər.

Bu barədə NATO-nun Baş katibi Anders Foq Rasmussen məlumat verib.

Sənəd alyansa Avropadan kənarda da terrorizm və internet-hücumlara qarşı əməliyyat keçirmək hüququ verir.

Cənab Rasmussen deyib ki, strateji doktrina sadəcə bəyanat deyil, konkret addımları müəyyənləşdirən fəaliyyət planıdır.

Alyansa üzv ölkələr həmçinin, Rusiyanı raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq etməyə çağırıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG