Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:55

Əli Əhmədov : «18 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir»


Əli Əhmədov
Əli Əhmədov
Noyabrın 20-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Tədbirə YAP üzvü olan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Təhsil naziri Misir Mərdanov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanov da qatılıblar.

Mərasimdə YAP-ın 7 noyabr parlament seçkilərində qalib gəlmiş üzvləri ilə yanaşı, seçkiyə qatılmamış və seçkiyə qatılaraq uduzmuş şəxslər də (Əhəd Abıyev, Aydın Həsənov, Sevindik Hətəmov və s.) iştirak ediblər.

Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov partiya sədrini və üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümü münasibətilə təbrik edib. O, YAP-ın yaranmasından keçən 18 ilin şərəf və ləyaqət ili olduğunu vurğulayıb:

«18 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 18 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir».

Ə. Əhmədov 7 noyabr parlament seçkilərində qalib gəlmiş 71 YAP üzvünü qələbə münasibəti ilə təbrik edib.

YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilib. /APA/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG