Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

ABŞ Helsinki Komissiyası bloqqerlərin azadlığa buraxılmasını alqışlayır


«Mən şadam ki, bloqqerlər Adnan Hacızadəni və Emin Millini həbsdən azad etdilər. Ümidvaram ki, bundan sonra Azərbaycanda söz azadlığının məhdudlaşdırılması ilə bağlı halları görməyəcəyik».

Bunu Helsinki Komissiyasının sədri senator Bencamin L. Kardin deyib.

Hələ ötən il Komissiya prezident İlham Əliyevə müraciət edərək bloqqerləri azad etməyə çağırmışdı.

ABŞ Dövlət katibi Hilları Klinton da iyulda Bakıda olarkən bu məsələni qaldırıb.

Helsinki Komissiyanın həmsədri Elsi Hastinqs isə bloqqerlərin azad edilməsini müsbət işarə kimi qiymətləndirib:

«Mən həmçinin təkidlə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına uyğun olaraq Eynulla Fətullayevi azad etməyə çağırıram».

Helsinki Komissiyası senatorlar, konqresmenlər və ABŞ Dövlət Departamentinin nümayəndələrindən ibarətdir. Komissiya 1975-ci il Helsinki Yekun Aktının müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir. /Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG