Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Gürcüstanda milli azlıqlar


Mixail Saakaşvili Gürcüstan azərbaycanlılarının Novruz şənliyində, 21 mart 2010
Mixail Saakaşvili Gürcüstan azərbaycanlılarının Novruz şənliyində, 21 mart 2010
«Erməni icmasının Gürcüstanda problemi paytaxtda və əyalətlərdə fərqlənir. Ermənilər kompakt yaşadıqları Samtsxe-Cavaxetidə gürcü dilini bilmir».

Bunu «Qafqaz Qovşağı» verilişində Gürcüstan Erməniləri Konqresinin sədri Mixail Avakyan deyib.

Bu dəfə azərbaycanlı, erməni və gürcü ekspertlər «milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası» məsələsini müzakirə ediblər. Qonaqlar ənənəyə zidd olaraq Bakı, Tbilisi və Yerevanda deyil, Tbilisidəki studiyasında bir araya gəliblər.

M. Avakyan bildirib ki, icmaların müxtəlif xarakterli problemləri mövcuddur, ancaq onların həllinə çalışılmalıdır:

«Müxtəlif fikir və baxışlar ola bilər. Ancaq məsələni həll edərkən inteqrasiya və assimilyasiya kimi məsələlərə həssas yanaşmaq lazımdır».

Verilişin azərbaycanlı qonağı - Vətəndaş İnteqrasiyası Fondunun icraçı direktoru Zaur Xəlilov isə azərbaycanlıların Gürcüstan hökuməti ilə daha «loyal» münasibətdə olduğunu deyib:

«Son 20 ildə iki ölkə arasında iqtisadi, geosiyasi münasibətlər elə qurulub ki, etnik azərbaycanlılar mövcud problemləri, narazılığı dilə gətirmir, hökumətə daha loyal yanaşır. Loyal əhvallı azərbaycanlılar faktiki olaraq problemlərdən danışmır və təəssüflər olsun ki, nəticədə problemlər qalmaqda davam edir».

Z. Xəlilov hesab edir ki, milli azlıqları cəmiyyətə qaytarmaq üçün xeyli iş görülsə də, dil baryeri ən böyük problemlərdən biridir.

İlya Dövlət Universitetinin Hüquqi Təhsil və Vətəndaşların Tədrisi Mərkəzinin direktoru Merab Basiliya isə hesab edir ki, Gürcüstan cəmiyyəti - etnik çoxluq vətəndaş dövlətinin yaranmasına hazır deyil:

«Gürcüstan cəmiyyəti çox zəifdir»...

Müzakirəni daha ətraflı burdan dinləyə bilərsiz.

XS
SM
MD
LG