Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47
“ABŞ Azərbaycanda gənc bloqqerlər Adnan Hacızadə və Emin Millinin həbsdən azad edilməsini alqışlayır. Həmçinin ümid edir ki, tezliklə redaktor Eynulla Fətullayev də azadlığa buraxılacaq.” Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli bu gün Vaşinqtonda bildirib.

Krouli deyib ki, onlar bloqqerlərin işi üzrə istintaq və məhkəmə prosesini yaxından izləyiblər: “Həm prezident Barak Obama, həm də Dövlət Karibi Hillari Klinton açıq şəkildə onların azadlığa buraxılmalarına çağırıblar. ABŞ Azərbaycanda demokratik islahatların, o cümlədən də ifadə və toplaşma azadlıqlarının inkişaf etdirilməsində Azərbaycan xalqı və hökuməti ilə işləmək öhdəliyinə sadiqdir”.

Xuliqanlıq ittihamları ilə həbs olunmuş gənc bloqqerlərdən Adnan Hacızadə noyabrın 18-də, Emin Milli isə noyabrın 19-da azad edilib. Məhkəmə onların 2 və 2,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı. Amma cəzaları başa çatmamış onların azad edilməsi haqda yeni məhkəmə qərarları çıxarıldı.

İnsan haqları fəalları bloqqerlərə qarşı ittihamların əsassız olduğunu, onların əslində hakimiyyəti tənqid edən fəaliyyətlərinə görə tutulduğunu bildirirdilər.

ABŞ Dövlət Departamentindən savayı, başqa dövlət rəsmiləri və beynəlxalq təşkilatlar da onların azad edilmələrini alqışlayıb, eyni zamanda bəyanatlarda "Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin də azad edilməsi çağırışları səslənib.

ATƏT də bu gün yaydığı bəyantda bloqerləin həbsini alqışlayıb və Bakını “bu tendensiyanı davam etdirib” tanınmış jurnalist Eynulla Fətullayevi də azad etməyə çağırıb.

Human Rights Watch təşkilatının Cənubi Qafqqz üzrə eksperti Qiorqi Qoqia bu gün bildirib ki, hökumət özünün insan haqları sahəsində öhdəliklərini yerinə yetirmək fikrincə ciddidirsə, hələ daha çox iş görməli, həbsdə olan Eynulla Fətullayevi də azad etməlidir.

Beynəlxalq çağırışlara və Avropa İnsan Haqları Məhkəməsinin onun lehinə olan qərarına baxmayaraq, Eynulla Fətullayev həbsdən buraxılmır.

Ali Məhkəmə Avropa Məhkəməsinin qərarını icra edərək keçən həftə onun haqqında bəzi ittihamları ləğv etsə də üstündən narkotik maddə tapılması barədə ittihamı saxlayıb.

MÖVZUNU BURADA ŞƏRH EDİN

Günün bütün mövzuları

XS
SM
MD
LG