Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:10

Gürcüstan polisi radioaktiv maddə satanları tutub


Gürcüstan polisi sezium – 137 radioaktiv maddəsi satmağa çalışan dörd nəfəri həbs edib.

Franc-Press agentliyi Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, əməliyyat paytaxt Tbilisidə keçirilib. Amma nə qədər maddə radioaktiv maddə tutulması və əməliyyatın nə zaman aparılması barədə məlumat verilmir.

Sezium – 137 nüvə bölünməsindən yaranan maddə kimi sənayedə və tibdə istifadə olunur. amma ondan radiasiya yayan “çirkli” bomba hazırlanmasında da istifadə oluna bilər.

Gürcüstan polisi noyabrın əvvəlində milliyətçə erməni olan iki nəfəri də zənginləşdirilmiş uran satmağa cəhd edərkən tutuduğunu bildirmişdi. Rəsmilər Sumbat Tonoyan və Hrant Ohanyanın bu ilin martında saxlandığını bildiriblər.

İttihama görə onlar zənginləşdirilmiş uranı radikal islamçı qrupların nümayəndəsi adı altında gizlənən Gürcüstan təhlükəsizlik xidmətinin zabitinə 1.5 milyon dollara satmaq istəyirlərmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG