Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:49

ABŞ Əfqanıstana son model ağır tanklar yerləşdirir


Bu arada ABŞ-ın son doqquz illik müharibədə ilk dəfə olaraq Əfqanıstana ağır döyüş maşınları yerləşdirməyə başlaması barədə xəbərlər yayılıb. “Washington Post” qəzetinin noyabrın 19-da yaydığı xəbərə görə M1 Abrams tankları ilkin olaraq Helman əyalətinə yerləşdirilib. Bu ərazidə ABŞ əsgərləri tez-tez ağır silahları olan Taliban döyüşçüləri ilə üz-üzə gəlirlər.

Bu barədə qəzet adının çəkilməməsini xahiş edən rəsmi məlumat verib.

Adı çəkilən tanklarda 120 mm-lik top yerləşdirilib. Onun mərmisi ilə bir neçə kilometr aralıda yerləşən evi belə asanlıqla dağıtmaq mümkün olur. Bu, həm də başqa döyüş maşınlarından hədəfi daha dəqiq vurması ilə seçilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG