Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:07

Obama NATO-nu Əfqanıstanla bağlı öhdəliklərin icrasına səsləyib


NATO-nun ikigünlük saamiti üçün Lissabona gedən ABŞ prezidenti Barak Obama alyansı Əfqanıstanla bağlı öhdəliklərin icrasına çağırıb.

Noyabrın 19-da başlayan sammitdə Əfqanıstandakı beynəlxqlq qüvvələrin sayının azaldılması üçün vaxtın müzakirə olunacağı gözlənir. Ekspertlər bildirirlər ki, NATO ölkələri liderlərinin Əfqanıstan prezidenti Həmid Karzayinin 2014-cü ildə qədər təhlükəsizliyə nəzarətin yerli qüvvələrə verilməsi barədə planını təsdiq edəcəkləri gözlənir.

Hazırda bu ölkədə olan 140 000 nəfərlik xarici hərbi qüvvələr gələn ildən başlayaraq Əfqanıstandan çıxarılmağa başlayacaqlarını gözləyirlər.

Saamitdə həmçinin qarşıdakı on ildə alyansın yeni missiyasının təsdiq ediləcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG