Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Sarkisyan NATO-nun sammitinə getməkdən imtina etdi


Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Lissabonda keçirilən smmitinə planlaşdırılan səfərini təxirə salıb. Sarkisyanın əvəzinə toplantıda Xarici İşlər naziri Eduard Nalbanyan və Müdafiə naziri Seyran Ohanyan iştirak edəcək.

Sarkisyanın ofisindən yayılan məlumatda deyilir ki, Ermənistan prezidenti bununla sammitin Qarabağ münaqişəsinə dair bəyhannaməsinin mətninə etiraz edir. Yerevan həmin mətni pis siqnal və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlara əlavə çətinliklər gətirən addım kimi qiymətləndirir.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 19-da başlayan ikigünlük sammitdə iştirak üçün bu gün Potuqaliyaya yola düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG