Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:12

«Əslində bu status onlara da lazım deyil»


Xəzəryanı ölkələrin dövlət başçılarının sayca 3-cü sammiti başa çatdı

Xəzəryanı ölkələrin dövlət başçılarının sayca 3-cü sammiti başa çatdı

Xəzəryanı ölkələrin dövlət başçılarının sayca 3-cü sammiti başa çatdı. Bu sammitin 2002-ci ildə keçirilməsinə əsas səbəb Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi idi. Amma dövlət başçıları yenə də statusu müəyyənləşdirə bilmədilər.

Şotlandiyadan “FSU Oil and Gas Monitor” jurnalının redaktoru Jennifer DeLay deyir ki, əslində bu status artıq onlara lazım da deyil:

- Nəzəriyyə ilə gərək statusun olmaması dənizdə axtarış və hasilat işlərinə mane olsun. Amma təcrübədə belə deyil. 5 sərhədyanı dövlətin hamısı ayrı-ayrılıqda özü üçün eyni nəticəyə gəlib ki, əgər Xəzəri dəniz kimi bölsələr heç nə itirməyəcəklər. Odur ki, Xəzəri bu cür bölsələr, onlara hansı hissə düşəcəksə, elə həmin sektorda da indidən fəallıq nümayiş etdirirlər.

Jennifer DeLay deyir ki, bütün dövlətlərin Xəzərdə ən azı axtarış işləri aparması, hətta bu vaxta qədər gecikən İranın da bu ildən Xəzərin cənubunda kəşfiyyata başlaması bu məntiqi gücləndirir.

YALNIZ ƏHMƏDİNEJAD CƏHD ETDİ


Bakı sammitində yalnız İran prezidenti Mahmud Əhmədinejad Xəzərin statusu məsələsini müəyyənləşdirmək üçün cəhd etdi. Statusun 2011-ci ildə dəqiqləşməsi öhdəliyini götürməyi də təklif etdi. Çünki Xəzərin statusu məsələsi ən çox Tehran üçün vacibdir.

Əgər Xəzər dəniz kimi bölünsə, onda hər ölkə öz sektorundakı resurslara iddia edəcək. Əgər Xəzər göl statusu alsa, onda bütün resurslar və mənfəət hər kəsin arasında bərabər bölünməlidir.

Yalnız Əhmədinejad cəh etdi
İranın sərhəd xətti hər kəsdən az olduğundan, payı ancaq 13 faiz olacaq. Odur ki, Tehran Xəzərin göl olmasında maraqlıdır.

Status məsələsində Xəzərdən ən çox qazanan Azərbaycan və Qazaxıstan prezidentləri həmrəydirlər. Amma digər tərəfdən, heç yerdə yazılmayıb ki, Xəzər göl élan edilsə, Bakı və ya Astana bu günə kimi burdan qazandıqları mənfəəti Tehranla bölüşdürməyə razılıq verməlidirlər.

DİGƏR BİR MƏSƏLƏDƏ DƏ NARAZILIQ VAR

Üstəlik, Xəzəryanı dövlətlər arasında digər bir məsələdə də narazılıq var: Trans-Xəzər kəmərinin çəkilməsi məsələsində.

Neft Araşdırmaları Mərkəzindən İlham Şaban deyir ki, Türkmənistan prezidentinin Bakı sammitindəki çıxışı bu məsələdə də fakir ayrılıqlarını ortaya çıxardı:

- Qurbanqulu Berdımuhammedov maraqlı bir söz dedi ki, Türkmənistan tərəfdə düşünürlər ki, Xəzərin neft-qazını nəql eləyən hansısa kəməri tikmək üçün – o kəmər kimin sektorundan keçəcəksə, onların razılıq verməsi kifayətdir.

Amma bu günə kimi belə qəbul edilirdi ki, 2007-ci ildəki Tehran sammitindəki razılığa əsasən, hər hansı kəmər çəkiləcəksə, bütün Xəzəryanı dövlətlərin razılığı olmalıdır.

ƏLİYEVLƏ BERDIMUHAMMEDOV ARASINDA ÇOX CİDDİ YAXINLAŞMA OLUB

İlham Şaban
İlham Şabanın müşahidələrinə görə, bu sammit zamanı Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov arasında çox ciddi yaxınlaşma olub. Xüsusən də, həm status, həm Trans-Xəzər kəməri, həm də “Nabucco”ya qaz verilməsi məsələsində. İlham Şaban fikrini belə əsaslandırır:

- İlham Əliyevin sammitə gələn bütün liderləri qarşıladığı bir məqam vardı. O, Bakıda 4 dövlət başçısı arasında ancaq türkmənistanlı həmkarı ilə öpüşüb-görüşdü.

Berdımuhammedovun Bakıdan razı getməsi məsələsini sübut edən başqa bir xəbər də noyabrın 19-da Aşqabaddan gəlib. Türkmənistan Baş nazirinin müavini Bayçurad Xocamuxammedov ilk dəfə ölkəsinin adından élan edib ki, “Nabucco” kəmərinə 40 milyard kubmetr qaz ayırmağa hazırdırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG