Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:42
MICHAEL TARM, Associated Press 30 MİLYON DOLLARLIQ FIRILDAQ

ABŞ-da yüzlərlə müsəlman payçılara 30 milyon dollarlıq fırıldaq gəliblər. Onları inandırıblar ki, qoyduqları sərmayələr səriət qaydalarina uyğundur. Özü də firildaqçilar da müsəlmanlardır.

Onlardan biri - Çikaqonun Cənubi Asiya icmasından olan, keçmisdə taksi sürücüsü işləmiş bir tanınmış biznesmendir.

SALMAN İBRAHİMİN ŞİRİN DİLİ

37 yasli Salman İbrahim 2008-ci ildə yoxa çixib, onun xaricdə, doğma Pakistanda oldugu güman edilir. Çikaqo Prokurorlugu bu barədə məlumat yayib.

İttihamnaməyə görə, Salman İbrahim yüzlərlə pakistanlı və hindistanlı immiqrantı dilə tutub, onları inandırıb ki, əmanət yatırmaqla, evlərini girov qoymaqla daşınmaz əmlak müqavilələlərini maliyyələsdirsinlər. Və bu biznes tamamilə islama uyğundur. Onlar qoyduqları kapitalın əvəzində “haram faizlər” yox, yeni invesitiya layihələrində pay əldə edəcəklər.

FBI (Federal Təhqiqatlar Bürosu) indi Salman İbrahimin yerini müəyyənləsdirməyə çalışır.

“MÜSƏLMAN MÜSƏLMANI ALDATMAZ?”

İşdə zərərçəkənlərdən biri – Feysəl Mahmud deyib ki, o, 200 min dollar itirib. Bu pulun bir hissəsini o, iki qızının kollec təhsilinə xərcləməyi planlasdırırdı.
İndi Feysəl deyir ki, “Bundan sonra mən pulumu heç kəsə etibar eləyən deyiləm”, 54 yaslı Feysəlin sözlərinə görə, “Çünki mən də müsəlmanam, o da. Müsəlımansa müsəlmanı aldatmaz”.

300 PAYÇINI +3 BANKI ALDADIBLAR

Təqsirləndirilən daha iki nəfər isə - 59 yaslı Məhəmməd Əkbər Zahid və 47 yasli Amjed Mahmuddur. Müstəntiqlər Əkbər Zahidin ABS-dan qaçdıgını güman edirlər.

Üçüncü təqsirləndirilən Amyed Mahmud da hələ həbs olunmayib, ancaq tezliklə həbs olunacağı gözlənilir.

İttihamnaməyə görə, təqsirləndirilənlər payçılara deyiblər ki, şəriət qadağan elədiyinə görə, onlar faiz almayacaqlar. Ancaq dasinmaz əmlak layihələrindən gələn gəlirləri bölüsdürə biləcəklər.

300-dən çox payçı bu layihənin qurbanı olub, 3 bank 13 milyon dollar itirib.

ƏNƏNƏVİ PİRAMİDA FIRILDAĞI?

Ponzi layihəsi 2008-ci ildə ifsa olunub. Ponzi sxemləri elə bir maliyyə piramidasidir ki, yeni payçıların pulu hesabına əvvəlkilərin payı ödənir. İlk dəfə 1920-ci illərdə bu piramidanı yaratmış Çarlz Ponzinin adını daşıyır.

İbrahim və Zahidə bank firıldaqçılığı və başqa ittihamlar, Amjed Mahmuda isə poçt, teleqram və bank firildağı ittihamları irəli sürülüb. Hər ittihama görə, maksimum 30 illik həbs cəzasi verilə bilər.

İttihamnaməyə görə həm də 43 milyon dollar müsadirə olunmalıdır.

FIRILDAQLA OĞURLANAN PULA MƏDRƏSƏ TİKDİRİBLƏR?

Yoxa çıxmamışdan, İbrahim Çikaqonun Simal Burnunda, Cənubi Asiya anklavında yaşayıb. Qonsuluqda isə Devon prospekti yerləsir ki, burda kisilər dizdən salvar geyinir, başlarına papaq qoyur, qadınlardan çoxu da baslarını baglayırlar. Urdu dili ingilis dili kimi çox islənir.

İttihamnaməyə görə İbrahim həm də investorların pulundan bir İslam mədrəsəsi inşa etmək üçün istifadə edərək icmada öz nüfuzunu möhkəmlədib.

2008-ci ildə investorlarla keçirdiyi görüsdə İbrahim onlara deyib ki, Çikaqodaki sirkətinə (Sunrise Equities) 1 milyon dollar lazımdir ki, isini davam etdirsin.

“O deyirdi ki, mənə inanın, inanın. Adamlar da kömək eləməyə hazır idilər”, zərərçəkənlərdən biri - pakistanlı immiqrant Fazal Mahmud xatırlayır.
Ancaq bir neçə həftədən sonra İbrahim yoxa çıxıb.

BU FIRILDAQ AİLƏLƏRİ DAĞIDIB

“Xeyli adam evini itirib, bosanmalar nəticəsində uşaqlarını itirib. Onların arzuları puç oldu”, bunu Çikaqodan olan mühəndis Mahmud deyir.

Mahmud deyir ki, əvvəlcə 50.000 dollarlıq investisiya qoyub, üç il ərzində 18 faizlik qazanc əldə edib. 2007-ci ildə isə İbrahim onu inandıra bilib ki, evini girov qoymaqla 200.000 dollar borc götürsün, ancaq bu borc heç vaxt qaytarılmayıb.

FIRILDAQÇI ŞƏRİƏT ŞURASININ ÜZVÜ OLUB,
HALAL İNVESİTİYALAR ÜÇÜN LİSENZİYASI DA VAR İMİŞ

İbrahimi tanıyanlar deyirlər ki, o, kollec pulunu taksi sürməklə ödəyib. Çikaqoda Northeastern Illinois universitetini bitirib. 1997-ci ildə mühasib dərəcəsi alıb.

İbrahim Amerika Şəriət Şurasının üzvü olub. Bu sura onun Sunrise Equities sirkətinin İslam qaydalarına uyğun işlədiyinə dair sertifikat verib. Səriət müsəlmanlara investisiyadan faiz götürməyi qadagan edir.

İBRAHİM ÖZ KEFİNİ ÇƏKİR?

İbrahimin fırıldağına qurban gedən Mahmudu isə Çikaqodakı məhəlləsində gəzib-dolaşan sayiələr qıcıqlandırır: “Bəzi adamlar deyirlər ki, o, hardasa, ola bilsin Dubayda, yaxud Pakistanda yaşayır. Məni əsəbləsdirən odur ki, o, hardasa xoş həyat sürür”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG