Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:02

NATO baş katibinin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub


NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.

Bu vəzifədə Robert Simmonsu alyansın mətbuat katibi Ceyms Appaturay (James Appathurai) əvəz edəcək. Simmons fəaliyyətini dekabrın 1-dək başa vuracaq.

Bu barədə qərar noyabrın əvvəlində qəbul edilib və NATO-nun baş katibi Anders Foq Rasmussen tərəfindən təsdiq edilib.

Yeni nümayəndənin Cənubi Qafqaza ilk səfərini nə vaxt edəcəyi hələlik məlum deyil.

Ceyms Appaturay 1968-ci ildə Kanadada doğulub. Amsterdam və Toronto universitetlərində təhsil alıb. CBC media şirkətində redaktor, Kanada müdaifə nazirlyində işləyib. 1998-ci ildən NATO-nun Siyasi işlər idarəsində çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG