Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:08

Xalq artistinin oğlu 14 il müddətinə azadlıqdan məhrum edilib


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, R. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Aptekə daxil olan R.Məmmədov orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul aparıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rauf Məmmədov tutulub. İlkin dindirilmə zamanı o, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz buna görə törətdiyini deyib.

Rauf Məmmədov Azərbaycanın tanınmış aktrisası, xalq artisti Kübra Əliyevanın oğludur. O, Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub./AnsPress/
XS
SM
MD
LG