Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

Azərbaycan nəqliyyatında gediş haqqı kartlarla ödəniləcək


Azərbaycanın nəqliyyat sektorunda gözlənilən növbəti yenilik vahid ödəniş sisteminə keçidlə bağlı olacaq.

Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib ki, bu məqsədlə Bakı şəhərində vahid nəqliyyat ödəniş kartlarından istifadə ediləcək. Həmin kartlar vasitəsilə təkcə avtobuslarda deyil, metropoliten və taksilərdə, hətta elektrik qatarlarında da ödəniş etmək mümkün olacaq. Artıq ödəniş kartının forması və dizaynı müəyyənləşdirilib.

Bu kartlara məbləğ xüsusi terminallarda yüklənəcək və bunun üçün əsas nəqliyyat obyektləri - metropoliten, avtovağzallar, dəmir yolu vağzalı və aeroportlarda həmin terminalların quraşdırılması nəzərdə tutulur.

Paralel olaraq bütün nəqliyyat vasitələrində (o cümlədən, avtobuslar və taksilərdə) bu kartlar vasitəsilə ödənişi qəbul etməyə imkan verən mini-terminallar quraşdırılacaq. Bu terminalların ilk nümunələri artıq noyabrın sonunadək Azərbaycana gətiriləcək. Qeyd edək ki, kartların tətbiqi ilə yanaşı ödənişi nağd yolla etmək imkanları da olacaq.

Kartların tətbiqi Bakının nəqliyyat sistemində aparılan yenidənqurmanın son mərhələsi olacaq. Nəqliyyatın intellektual idarəetmə sistemi işə düşüb adaptasiya olunandan sonra növbəti mərhələ ödəniş kartlarının tətbiqi olacaq. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG