Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Noyabrın 19-da MDB ölkələrinin görüşü keçiriləcək


Noyabrın 19-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələri hökumət başçılarının görüşü keçiriləcək.

APA-nın Rusiya hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Birlik ölkələrinin iqtisadi, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətinin inkişaf etdirilməsi müzakirə olunacaq.

Ümumilikdə görüşdə əməkdaşlıqla bağlı 22 layihənin müzakirəsi gözlənilir.

Bura qarşılıqlı ticarətdə mövcud maneələrin aradan qaldırılması və 100-dən artıq razılaşmanın əvəz olunmasına yönəlmiş Azad ticarət zonası barədə saziş layihəsi də daxildir.

Sazişin artıq gələn ilin birinci yarısı üçün MDB hökumət başçıları tərəfindən imzalanmağa hazır olacağı gözlənilir.
XS
SM
MD
LG