Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:51

Freedom House digər bloggerin və jurnalistin də azad ediləcəyinə ümid edir.


“Mən blogger Adnan Hacızadənin azadlığa buraxılmasını alqışlayıram. Ümid edirəm ki, bunun ardınca digər blogger Emin Milli və jurnalist Eynulla Fətullayev də həbsdən buraxılacaq”

Bunu - Amerikada yerləşən beynəlxalq qeyri-hökumət təşkilatı – Freedom House-un direktoru Devid Kremer Azadlıq Radiosuna müsahibəsində deyib.

“Mən həm də inanmaq istərdim ki, azadlığa buraxılandan sonra Adnan Hacızadəyə bəraət də veriləcək. Belə görünür ki, onun əsas narahatlığı təqsirli bilindiyi ittihamların ləğv edilməməsidir”.

D.Kremer deyib ki, bloggerin azadlığa buraxılması Azərbaycanın beynəlxalq aləmdə üzləşdiyi bəzi tənqidlərin, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin həbsdəki jurnalistin işiylə bağlı çıxardığı qərarın, son parlament seçkiləri ilə bağlı səslənən tənqidlərin qarşısında atdığı addım ola bilər.
XS
SM
MD
LG