Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:31
Noyabrın 13-də Şərur rayon Polis Şöbəsinə aparılan Müsavat Partiyasının üzvü Sabit Əliyev hələ də azadlığa buraxılmayıb. Bunu AzadlıqRadiosuna onun qardaşı Çapay Əliyev bildirib.

Çapay Əliyevin bildirdiyinə görə, Sabit Əliyev noyabrın 11-də yaşadığı Püsyan kəndində seçki günü saxtakarlığa şərait yaratmış məntəqə üzvlərinin qohumları ilə mübahisə edib:

“Onlardan biri polisə gedərək guya qardaşımın onu döydüyünü iddia etmişdi. Bu iddia əsasında Sabiti noyabrın 12-də Şərur rayon Polis Şöbəsinə aparıb bir neçə saatlıq dindirdikdən sonra evə buraxmışdılar. Onu ayın 13-də yenidən polisə aparıblar”.

Çapay Əliyevin bildirməsinə görə, dörd gündür ki,qardaşını polisdə girov saxlayırlar:

“Polisin onu 48 saatdan artıq saxlamaq hüququ yoxdur. Buna baxmayaraq, ondan qisas alırlar. Müstəntiq tələb edir ki, Sabit seçki günü saxtakarlıq etmiş komissiya üzvlərindən üzr istəsin. Əks tədqirdə nə məhkəmə olacaq, nə də ki, o azadlığa buraxılacaq”.

Sabit Əliyev
Çapay Əliyev deyir ki, bütün təzyiqlərə baxmayaraq, qardaşının üzr istəmək fikri yoxdu:

“Çünki, Sabit bu məsələdə ozünü günahkar saymır”.

Məsələyə aydinlıq gətirmək üçün Şərur rayon Polis Şöbəsinin müstəntiqi Tofiq Huseynovla da əlaqə saxladıq. O bu məsələyə bir neçə dəqiqə sonra münasibət bildirəcəyinə söz versə də sonradan telefon zənglərimizə cavab vermədi.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə deyilənləri təkzib etdi. Onun dediyinə görə, Şərur rayon Polis Şöbəsinə Sabit Əliyev haqda şikayət ərizəsi daxil olub və bu şikayət araşdırılır.

Lakin DİN-in sözçüsü deyir ki, Sabit Əliyev adlı vətəndaş polis tərəfindən saxlanılmayıb. Onun həbsiylə bağlı deyilənlər sadəcə böhtandır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG