Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01

İlham Əliyev Dimitri Medvedevlə görüşüb


Bu gün Bakıda Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub.

Xəzəryanı ölkələrin sammiti çərçivəsində keçirilən görüşdə ikitərəfli münasibətlər, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Rusiya prezidenti Dimitri Medvedev bildirib ki, Dağlıq Qarabağ məsələsi beynəlxalq prinsiplər əsasənda həll olunmalıdır.

O, son vaxtlar bu istiqamətdə müəyyən adımlar atıldığını və ölkəsinin bu yöndə səyləri davam etdirəcəyini bildirib.

Qeyd edək ki, İlham Əliyevin sammit çərçivəsində İran,Qazaxıstan və Türkmənistan prezidentləri ilə də ayrıca görüşləri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG