Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:44

Bir tərəfdə NATO, o biri tərəfdə qonşu


NATO-da keçmiş nümayəndə Onur Öymən: «Hökumət NATO-dan nə istədi? NATO nə təklif edir?»

Türkiyə 1952-ci ildən - NATO-ya üzvü olandan bəri ilk dəfədir ki, alyansın planına qarşı çıxır.
Ankara ilə NATO arasında mübahisə yaradan -
raketlərdən müdafiə təşəbbüsü adlı plandır.
Bu plan müsəlman ölkələrində əməliyyatlar üçün NATO-nun öz üzvü Türkiyədən istifadəsini nəzərdə tutur, o cümlədən Türkiyədə raket qalxanının yerləşdirilməsini.

Türkiyənin hakim Ədalət və Kalkınma partiyası isə raket qalxanına Türkiyə ərazisini vermək istəmir. Çünki bu, iki müsəlman ölkəsi- İran və Suriyadan gələ biləcək mümkün təhlükələrə qarşıdır.

Ancaq bu həftə - noyabrın 19-u-20-si NATO-nun Lissabon sammitidir. Bu məsələ yenidən qalxacaq və cavab verilməlidir. Türkiyə nə deyəcək?

AD ÇƏKMƏMƏK

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunda araşdırmaçı olan Sönər Cağaptayın fikrincə, özünü islam sivilizasiyasının müdafiəçisi adlandıran AK partiya eyni vaxtda Vaşinqtonla da münasibətləri daha da gərginləşdirmək istəmir.
“Daha da gərginləşdirmək” deyəndə iyunda BMT-nin Təhlükəsizlik Şurasında İran sanksiyaları səsverməsi nəzərdə tutulur. Onda Türkiyə sanksiyaların əleyhinə səs verdi.

Amerikanın Wall Street Journal qəzetində “NATO-nun Türkiyə problemi” adlı yazısında Cağaptay yazır ki, Türkiyə Lissabon sammitində raket qalxanına “hə” də deyə bilər. Ancaq bu razılığın əvəzində şərtlər qoya bilər.

Başqa variantı Türkiyənin xarici işlər nazirliyində adının çəkilməsini istəməyən mənbə Azadlıq Radiosuna deyib: Türkiyə NATO sənədində təhlükə gələn ölkələrin konkret adının çəkilməsinin əleyhinədir.
Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu da bu günlərdə demişdi ki, NATO Türkiyəni hər hansı ölkələrlə qarşı-qarşıya qoyan düsturları tamam istisna etməlidir.

HÖKUMƏT NATO-DAN NƏ İSTƏDİ?-BİLMİRİK

Türkiyənin NATO-dakı keçmiş daimi nümayəndəsi, hazırda Cümhuriyyət Xalq Partiyasından Bursa millət vəkili Onur Öymən Azadlıq Radiosu ilə söhbətində hökumətin bu ad çəkməmək arqumentini ciddi hesab etmir:
“Ad çəkməyəndə nə dəyişəcək? Bu, xaricə, İrana yönələn qurama bir arqumentdir”.

NATO-nun Türkiyə problemi çıxdığı kimi Türkiyə də dilemma qarşısındadır. Bir tərəfdə, ona hərbi, texniki və siyasi üstünlüklər verən NATO, o biri tərəfdə qonşular.
Onur Öymən burda çıxış yolu olduğunu deyir:
“NATO ilə birlikdə hərəkət etməyin də yolları var. Əgər sizin özünüzün, məsələn, müəyyən müdafiə sisteminiz varsa, NATO öz planını reallaşdıranda sizinlə hesablaşacaq. Yox, əgər yoxdursa, onda qərarları NATO verəcək.”

Türkiyə Lissabon sammtində NATO planına “hə” deməyin əvəzində nə ala bilər?
Türkiyənin NATO-dakı keçmiş nümayəndəsi Onur Öymən deyir: “Hökumət NATO-dan nə istədi? – bilmirik. NATO nə təklif edir?- Bilmirik. Hökumət belə məsələni parlamentə çıxarmalı idi, çıxarmadı.”
“Amerikanın ikinci İraq əməliyyatı vaxtı Türkiyə Amerikadan müdafiə sistemləri istəyirdi, çox çətinliklə aldı. Buna görə müzakirə olunmalı idi, nə istəməliyik, nə ala bilərik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG