Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:35

Bakıda xəzəryanı ölkələrin sammiti başlayıb


Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı başlayıb.

Sammitdə Azərbaycan, Rusiya,Qazaxıstan, Türkmənistan və İran prezidentləri iştirak edirlər.

Azərbaycan prezidenti İlham Əliyev sammitin açılışında Xəzərin hüquqi statusunun müəyyən olunmasında konsensusa gəlməyin vacibliyini qeyd edib.

O,bildirib ki, artıq Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsində razılığa gəliblər və bu gün Xəzəri dostluq dənizinə çevirmək üçün beş sahilyanı ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirmək lazımdır.

Sammitdə Xəzərin yeni hüquqi statusunun müəyyənləşdirilməsi, ekologiya, o cümlədən, transxəzər boru kəmərlərinin çəkilməsi, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Sammitin yekununda birgə bəyanat və təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı saziş imzalanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG