Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:25

Qərb bölgəsində un və çörəyin qiyməti bahalaşıb


3 gündür ki, Zaqatalada çörək və unun qiymətində artım müşahidə edilir.

Üç gün əvvəl mağazalarda 40 qəpiyə satılan 600-640 qramlıq təndir çörəyinin qiyməti 50 qəpiyə qalxıb.

50 kiloqramlıq bir kisə unun qiyməti isə 4 manat bahalaşıb.

Agentliyin yerli sakinlərə istinadla verdiyi məlumata görə, həmçinin son günlər Balakən, Qax və Şəkidə çörəyin və unun bahalaşdığı müşahidə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG