Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:26

İran hava məkanının pozulduğunu deyir


İran komandanlığının nümayəndəsi general Həmid Ərcani çərşənbə axşamı bir neçə naməlum təyyarənin ölkənin hava məkanını 6 dəfə pozduğunu deyir.

Generalın sözlərinə görə, bu İran hava qüvvələrinin hərbi təlim keçirdiyi rayonda baş verib.

Noyabrın 16-dan başlamış hərbi təlimlər həftənin sonunadək davam edəcək.

Bu təlimlərdə məqsəd mümkün hücumlarda İranın nüvə obyektlərini qorumaqdır.
XS
SM
MD
LG