Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

Bişkek hadisələri ilə bağlı məhkəmə təxirə salınıb


Aprelin 7-də Bişkekdə 80 nümayişçinin ölümüylə nəticələnmiş hadisələrlə bağlı məhkəmə prosesi noyabrın 18-dək təxirə salınıb.

Məhkəmə sədrinin sözlərinə görə zərərçəkənlərin ailələri onlara hücum etdiklərinə görə vəkillər iclas zalını tərk ediblər.

Bir sıra keçmiş yüksək rütbəli məmurlar qətl və səlahiyyətlərini aşmaq ittihamı ilə məhkəmə qarşısında dayanıblar.

Bundan başqa keçmiş prezident Kurmanbek Bakiyev, onun kiçik qardaşı Janbek və oğlu Marat da daxil olmaqla xaricdə olan 6 nəfərə qarşı qiyabi ittiham irəli sürülüb.

Ümumilikdə isə bu işlə bağlı 28 adam ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG