Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:51

Azərbaycan 57-ci yerdədir


“World Economic Forum” dünya iqtisadiyyatında rəqabətliliyin ölçülməsi ilə (Global Competitiveness Index 2010-2011) bağlı növbəti hesabatını açıqlayıb

Bu hesabatda mülkiyyət hüquqlarının və maliyyə aktivlərinin qorunması əks olunub.

Azərbaycan bu siyahıda 139 ölkə arasında 57-ci yeri tutub. Azərbaycan ötən illə müqayisədə 6 pillə geriləyib. Ermənistan 98-ci, Gürcüstan 93-cü. Rusiya 63-cü, Türkiyə 61, Qazaxıstan 72-ci, Ukrayna 89-cu, Moldova 94-cü, Qırğızıstan 121-ci yerdə qərarlaşıb.

Hesabatda ilk lider onluğa düşən ölkələr İsveçrə, İsveç, Sinqapur, ABŞ, Almaniya, Yaponiya, Finlandiya, Niderland, Danimarka və Kanadadır.

Siyahıda sonuncu 139-cu yerdə Çad Respublikasıdır.

Rəqabətliliyin indeksi 3 göstərici ilə bölünüb: Birincisi, idarəetmə institutları da daxil olmaqla infrastrukturun, makroiqtisadi mühitin, səhiyyə və ibtidai təhsilin ölçülməsi ilə əsas, ikincisi, ali təhsilin daxil edilməsi ilə ölçülən maariflənmənin əldə edilməsi əmtəə bazarının və əmək bazarının, həmçinin maliyyə bazarının inkişafı, həcmi və texnologiyanın effektiv öyrənilməsi ilə aparılıb. Sonuncu, üçüncü göstərici isə ölkələrdə innovasiya və biznesin inkişafının səviyyəsinin ölçülməsi yolu ilə aparılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG