Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:48

Qırğızıstanda Bakıyevlə bağlı məhkəmə qalmaqalla başlayıb


Bu gün Qırğızıstanda keçmiş prezident Kurbanbek Bakiev və onun ötən aprel ayında etirazçılara atəş açmaq əmrini verən yardımçılarının məhkəməsi başlayıb. Bakıyevin prezidentlikdən qovulması ilə nəticələnən etiraz aksiyalarında 87 adam öldürülüb, 100-dən coxu yaralanıb. Ittihamçılar deyirlər ki, Bakıyev onun siyasətinə etiraz edənlərə atəş açmaq əmrini verib.

Bakıyev və onun ən böyük oğlu və qardaşının da daxil olduğu digər beş nəfər özü olmadan mühakimə edilirlər, onlar axtarışdadılar. Məhkəmə prosesinə çıxarılan şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır.

Ferqane.ru xəbər verir ki, məhkəmə qalmaqalla başladığından ayın 18-nə qədər təxirə salınmalı olub. Belə ki, zərərçəkənlərin qohumları təqsirləndirilən şəxslərə və onların vəkillərini hücum ediblər, milis onların qarşısını çətinliklə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG