Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:47

Beynəlxalq Tələbələr Günüdür


Noyabrın 17-si Beynəlxalq Tələbələr Günüdür. Beynəlxalq tələbələr günü 1946-cı ildə Praqa şəhərində tələbələrin ümumdünya konqresində təsis edilib.

Belə ki, 1939-cu il oktyabrın 28-də Praqada tələbələr və müəllimlər Çexoslovakiyanın yaranmasının 21-ci ildönümünü (28 oktyabr 1918) qeyd edərkən işğalçı faşist ordusu nümayişi dağıdıb. Bu zaman tibb fakültəsinin tələbəsi Yan Opletal güllələnib.

Noyabrın 15-də həmin tələbənin dəfn mərasimi zamanı tələbələr yenidən aksiya keçiriblər. Noyabrın 17-i isə səhər tezdən gestapoçular və esesçilər (faşist Almaniyası ordusunda xüsusi hissə və mühafizə dəstələri) tələbələrin qaldığı yataqxananı mühasirəyə alıblar. 1200-dən çox tələbə həbs edilərək Zaksenhauzen düşərgəsinə aparılıb. Tələbə hərəkatının onlarla üzvü məhkəməsiz elə türmə divarları arxasında güllələnib. Bundan sonra Hitlerin əmri ilə Çexoslovakiyanın bütün ali təhsil müəssisələri müharibənin sonuna qədər bağlı qalıb.

Buna da bax:

XS
SM
MD
LG