Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:10

Azərbaycan hərbçiləri xaricə gedir


Azərbaycan hərbçiləri xarici ölkələrdə keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcəklər. AzərTAc Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, silahlı qüvvələrin zabitləri noyabrın 22-dən dekabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Qərargah zabitləri üçün hərbi terminologiya kursunda iştirak edəcəklər. Noyabrın 25-dən dekabrın 3-dək hərbçilər

Qazaxıstanın paytaxtı Astanada ATƏT-də təmsil olunan daimi nümayəndəliklərin zirvə görüşünə, noyabrın 30-dan dekabrın 2-dək isə Finlandiyanın Tusula şəhərində Əməliyyat İmkanları Konsepsiyası Məlumat Bazası üzrə təlim kursuna qatılacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG