Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:06

İranda həbs olunan alman “aldadıldığını” deyir




Ərinə xəyanətdə və onu öldürməkdə suçlandırılan Səkinə Məhəmməd Aşitaninin oğlundan müsahibə götürməyə cəhd edərkən İranda həbs edilən Almaniya vətəndaşı yerli dövlət televiziyasına müsahibə verib. Adı göstərilməyən alman deyib ki, o, Almaniyadakı İran fəalları tərəfindən "aldadılıb".
O bildirib ki, Edamlar Əleyhinə Beynəlxalq Komitə və Daşlama Əleyhinə Beynəlxalq Komitənin üzvü Mina Ahadiyə qarşı çıxmaq istərdi. Onun müsahibəsi kadrarxası fars dilinə tərcümə ilə yayılıb.
Adı çəkilməyən bu şəxslə bərabər daha bir alman da bu ilin oktyabr ayında həbs olunub. Onlar Səkinə Aşitaninin oğlundan müsahibə götürmək istəyiblər. Səkinə Aşitaninin məhkum olunduğu edam cəzası beynəlxalq təzyiqlər nəticəsində təxirə salınıb.
XS
SM
MD
LG